Azərbaycanda məşhur iş elanı saytı satılıb

11:27 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycanın iş elanları saytlarından olan position.az saytı "İnternational Consulting Company" şirkəti tərəfindən 100 faiz payla tam alınıb.

ABC.AZ-ın məlumatına görə, alqı-satqıdan sonra saytda yeniliklərin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “İnternational Consulting Company” şirkəti əsasən bank təlimləri sahəsi üzrə ixtisaslaşıb.