11:26 - 18.06.2021
18 iyun, Fineko/abc.az. Qlobal pandemiya reklam bazarına da müəyyən yeniliklər gətirib.
ABC.AZ xəbər verir ki, vətəndaşların son 3 ay ərzində bu istiqamətdəki axtarışlarını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 2-6 iyun tarixlərində sorğu keçirilib.
Sorğuda iştirak edən 481 respondentin 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib.
Hansı növ reklamların daha çox diqqət çəkdiyini müəyyənləşdirmək üçün verilən sualda respondentlərin bir neçə variant seçmək imkanı olub.
Nəticələr aşağıdakı kimidir:
Sosial media reklamları – 65,7%;
TV reklamları – 35,1%;
Lövhələrdə olan reklamlar – 27,2%;
İctimai nəqliyyatda yerləşdirilən reklamlar – 23,7%;
Broşür, flayer və kataloqlar (evlərin qapılarına asılanlar və ya küçədə paylanılanlar) – 22,2%;
Obyekt və müəssisələrin qarşısında olan reklamlar – 18,5%.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026