16:24 - 17.06.2021
17 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxın olub.
ABC.AZ-ın məlumatına görə, bu barədə Belarus Dövlət Statistika Komitəsindən bildirilib.
Yanvar-may aylarında Belarusdan Azərbaycana ixracın dəyəri 50,6 milyon dollar, ölkəmizdən Belarusa isə 125,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026