14:34 - 14.06.2021
14 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib:
Abışov Sirac Abış oğlu
Əliyev Arif Ağalar oğlu
İbrahimov Məhərrəm Əli oğlu.