10:15 - 19.03.2018
19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn texnologiyalarına əsaslanan Rəqəmsal Eyniləşdirmə Sisteminin yaradılmasına dair tender elan edib.
AMB-in məlumatında deyilir ki, tender 3 lot üzrə keçiriləcək.
“1-ci lot: blokçeyn texnologiyalarına əsaslanan eyniləşdirmə sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi. 2-ci lot: texniki platformanın yaradılması. 3-cü lot: blokçeyn texnologiyalarına əsaslanan Rəqəmsal eyniləşdirmə sisteminin formalaşması”, - AMB-dan verilən məlumatda belə deyilir.
Tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.
Təkliflərə mayın 11-də saat 15:00-da baxılacaq.
1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026