15:32 - 8.06.2021
8 iyun, Fineko/abc.az. Baş Prokurorluq bir neçə rayon xəstəxanaları ilə bağlı araşdırmaya başlayıb.
Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.
Həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026