11:47 - 2.06.2021
2 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan ABC.AZ-a verilən məlumata görə, 2021-ci ilin yanvar-may aylarında AÇG yatağından 1 milyard 850,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Bununla yanaşı hesabat dövründə "Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-may aylarında 62,176 milyon ABŞ dolları gəlir əldə olunub.
Tək "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir isə 57,131 milyon ABŞ dolları təşkil edib.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026