14:49 - 1.06.2021
1 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Media Təhlil Mərkəzi tərəfindən 17-21 may tarixləri arasında sorğu keçirilib.
ABC.AZ-ın məlumatına görə, respondentlər sorğuda iştirak etməklə aylıq xərclərini də açıqlayıblar.
Belə ki, cavab verənlərin 64%-i ay ərzində 200-500 AZN, 14,4%-i 500-700 AZN, 9,7%-i isə 700-1000 AZN xərclədiyini söyləyib.
Ay ərzində 1000 AZN-dən çox vəsait xərcləyənlər iştirakçıların 11,9%-ni təşkil edib. Sorğuda iştirak edən kişilərin 59, qadınların 71 faizi ay ərzində 200-500 AZN xərcədiklərini qeyd ediblər.
Təqdim edilən sualla respondentlərin ay ərzində ən çox nəyə pul xərclədiyini müəyyənləşdirmək olub.
Bir neçə cavab variantını seçmək imkanı olan iştirakçıların fikirləri aşağıdakı kimidir:
Ərzaq məhsulları – 82,3%;
Kommunal xidmətlər – 47,6%;
Nəqliyyat – 46,9%;
Geyim və ayaqqabı – 35,3%;
Təhsil – 26,5%;
Tibbi xidmətlər və dərman – 25,6%;
Kafe və restoran – 22,9%;
Parfüm və kosmetik vasitələr – 8,2%;
İçki və tütün məhsulu – 7,4%;
Məişət texnikası – 4,2%;
Turizm və səyahət – 3,3%.
10 Avqust 2026