Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb

15:50 - 26.05.2021


26 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə - Ağdam avtomobil yolunun tikintisinə başlayıb.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci km-lik arasında olan hissələrində tikinti işlərinə start verilib.