15:34 - 26.05.2021
26 may, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi idman, sağlamlıq sahələrində COVİD pasportunun nə vaxtdan tətbiq edilməsinə aydınlıq gətirib.
ABC.AZ xəbər verib ki, Nazirlikdən idman, sağlamlıq sahələrində, yəni zallarda çalışan təlimatçılar, məşqçilər və digər işçilərdən COVID-19 pasportunun tələb edilməsi iyulun 1-dən tətbiq ediləcəyi bildirilib: “O zamandək onlara işləməyə icazə veriləcək. Yalnız iyulun 1-dən sonra COVID-19 pasportu olmayan işçilərin zallarda əhaliyə xidmət etməsinə icazə verilməyəcək. Bu qadağanın pozulmasına görə həmin idman, sağlamlıq mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaqlar. Bu qaydaları pozan zalların təkcə cərimələnməsi deyil, həm də bağlanması söhbət mövzusu olduğu üçün bu sahədə çalışan hər kəsi diqqətli olmağa və qaydalara ciddi riayət etməyə çağırırıq”.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026