Patrik Verxoven: Bakı “Bir kəmər, bir yol” konsepsiyasının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynaya bilər

12:16 - 16.10.2017


Bakı Beynəlxalq Ticarət Limanı coğrafi yerləşmə baxımından böyük perspektivlərə malikdir.

Beynəlxalq Limanlar Assosiasiyasının siyasət və strategiya üzrə idarəçi direktoru (International Association of Ports and Harbours) (IAPH) Patrik Verxovenin sözlərinə görə, hal-hazırda dəniz və dəmiryol nəqliyyatının iştirak etdiyi layihələri ehtiva edən yeni nəqliyyat dəhlizləri yaradılır.

“Bu barədə Çin “Bir kəmər, bir yol” konsepsiyasını irəli sürdü və Azərbaycan da bu təşəbbüsə qoşuldu. Tarixən Bakının Böyük ipək yolunun bir hissəsi olmağını və indi bu böyük tarixi  yolun dirçəlməsi üçün böyük işlərin aparılmasını nəzərə alsaq, hesab edirəm ki, Bakı, tranzit nöqtəsi olaraq qalır və “Bir kəmər, bir yol” konsepsiyasının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynaya bilər”, - deyərək  P.Verxoven bildirib.

Onun sözlərinə görə, əgər ölkə rəqabətə davamlı olmaq istəyirsə, o zaman o, yaxşı infrastruktura, sabit hüquqi və maliyyə bazasına malik olmalıdır.

“Liman ərazisində azad ticarət zonasına gəlincə isə, mən düşünürəm ki, bu, investorlar üçün bir işarədir, çünki dünyanın digər hissələri ilə müqayisədə, bu region ətrafında rəqabət  azdır. İnvestorlar üçün infrastruktur, hüquqi baza, fiskal iqlim, maliyyə stimulu əhəmiyyətli meyarlardır. Bütün bu paket investorlar üçün maraqlıdır”, - deyərək P.Verxoven bildirib.