16:22 - 21.05.2021
21 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.
ABC.AZ-ın məlumatına görə, mənzillərin sənədləri ailə üzvlərinə təqdim edilib. Tədbirdə bildirilib ki, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib.
Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026