Son 4 ayda Azərbaycanda nə qədər traktor istehsal edilib?

15:31 - 21.05.2021


21 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin ötən 4 ayında Azərbaycanda istehsal olunan minik avtomobillərinin istehalı azalıb.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsi bu ilin 4 ayı ərzində istehsal olunan traktorların sayını da açıqlayıb.

Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycanda traktor istehsal edilməmişdi.

Bu il Azərbaycanda fevral ayında 51 ədəd, mart ayında 39 ədəd, aprel ayında 72 ədəd olmaqla cəmi 162 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin ilk 4 ayı ilə müqayisədə 54,3% artıb. 01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 74 ədəd təşkil edib. Qeyd edək ki, traktorlar üzrə 01.04.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 89 ədəd təşkil etmişdi.