Ötən 4 ayda restoranların dövriyyəsi kəskin azalıb - Hesabat

14:24 - 21.05.2021


21 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 205,2 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz azalma deməkdir.

Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,5 faizi hüquqi şəxslərin, 46,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 28,4 faiz azalaraq 94,2 milyon manat təşkil edib.