16:25 - 4.05.2021
4 may, Fineko/abc.az. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə 29 aprel tarixindən etibarən qüvvədə olan karantin qaydaları 7 may tarixindən etibarən sərtləşdiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Karantin dövründə sıxlığın qarşısını almaq üçün 7 may tarixindən etibarən supermarketlər daxil olmaqla bütün marketlərdə yalnız əsas qida məhsulları, gigiyena məhsulları, ev heyvanları və kosmetika məhsullarının satışına icazə veriləcək.
27 İyul 2026