10:21 - 6.04.2021
6 aprel, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.
ABC.AZ xəbər verir ki, qərar bu gün “Resmi Gazete”də dərc olunub.
“31 oktyabr 2017-ci il tarixində imzalanan və 7270 saylı qanunla təsdiqlənməsi uyğun görülən əlavəli “Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in 9 saylı Prezident fərmanının 2 və 3-cü maddələri əsasında təsdiqlənməsinə qərar verilmişdir”, - deyə məlumatda qeyd olunub.
Türkiyə Prezidentinin təsdiqi ilə saziş qüvvəyə minib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026