12:03 - 29.03.2021
29 mart, Fineko/abc.az. Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir.
ABC.AZ-ın məlumatına görə, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı xəbər verilib.
Liseyin direktoru Nasim Abışov isə “Report”a açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib: “Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.