11:30 - 29.03.2021
29 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 316 milyon 922 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.
ABC.AZ-ın Apa-ya istibadən xəbərinə görə, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalara görə, hesabat dövründə ixracın həcmi 113 milyon 128 min dollar təşkil edib ki, bu da illik müqayisədə 70,6% çoxdur. İdxal isə 203 milyon 794 min dollara bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır.
Nəticədə, 2021-ci ilin ilk iki ayında 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 2,2 dəfə azalıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026