Ötən ay bahalaşan ərzaq malları - Siyahı

14:53 - 15.03.2021


15 mart, Fineko/abc.az. Bu ilin fevral ayında əvvəlki ayla müqayisədə bəzi ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ötən ay yanvar ayına nisbətən un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağda daha çox bahalaşma müşahidə olunub.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində olub.

Müəllif: Elmir Murad