10:13 - 12.03.2021
12 mart, Fineko/abc.az. Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul ederkən deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb:
"Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq".