15:07 - 11.03.2021
11 mart, Fineko/abc.az. Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir.
ABC.AZ-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
27 İyul 2026
25 İyul 2026