17:24 - 1.03.2021
1 mart, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına istinadən xəbər verir ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Bugünədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib. Hazırda 2 600 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4205, bu günə qədər isə ümumilikdə 2 602 884 test icra olunub.
8 Avqust 2026
8 Avqust 2026