Rusiya yenə Azərbaycanla bağlı qərar verdi - 50 tondan çox pomidor geri qayıtdı

14:05 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yenə Azərbaycandan aparılan pomidora ölkəyə daxil olmasına icazə verməyib.

ABC.AZ-ın məlumatına görə, “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsi Azərbaycandan gətirilən 50 tondan çox pomidora qadağa qoyub.

Belə ki, İdarənin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 ədəd təzə pomidor partiyasının girişinə qadağa qoyublar.

Rusiya tərəfi bunu tərəvəzlərdə təhlükəli karantin obyekti hesab olunan Cənubi Amerika pomidor güvəsinin olması göstərilib. Qeyd edək ki, mallar yenidən Azərbaycana qaytarılıb.