Gürcüstanın xarici ticarət əməliyyatı azalıb

11:23 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Bu ilin yanvarında Gürcüstan xarici ölkələrlə 763,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 16,3% azdır.

Hesabatda qeyd olunub ki, ötən ay ölkə 224,4 milyon dollar dəyərində məhsul ixrac edib, 539,4 milyon dollar dəyərində isə məhsul idxal edib.

Bunlar isə illik müqayisədə 16,2 % və 16,4% azdır. Nəticədə xarici ticarətdə 315 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2%-dir.