12:24 - 12.02.2021
12 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Naxçıvanın xarici ticarət dövriyyəsi 3%-dək artıb.
Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayının müvafiq göstəricisi ilə müqayisədə 2,7% azalaraq 31 milyon 918,1 min ABŞ dolları təşkil edib. 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə bu ilin yanvarında ixracın həcmi 0,5% artaraq 24 milyon 166 min dollar olub.
Hesabat dövründə idxalın həcmi 7 milyon 752,1 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 11,7% azdır.
Nəticədə, 16 milyon 413,9 min dollarlıq müsbət saldo yaranıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026