Ötən il ən çox satılan smartfonlar – Çin istehsalçıları öndədir

15:43 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Ötən ilin oktyabr-dekabr aylarında qlobal bazarda 385,9 milyon smartfon satılıb.

ABC.AZ Anadolu Agentliyinə istinadən xəbər verir ki, sözügedən dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 milyon daha çox smartfon satılıb.

Bəhs olunan dövrdə ən çox smartfon satan şirkətlər LG, Vivo, Nokia və Blackberry olub. 2020-ci ilin son rübündə "Apple" satışları ilə 'Samsung"u keçməyi bacarıb. Qeyd edək ki, ən çox satılan smartfon markaları arasında Çinli istehsalçılar öndədilər.