15:48 - 3.02.2021
3 fevral, Fineko/abc.az. Paytaxtın ötən ilki ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən il Bakının ictimai iaşə dövriyyəsi 476,2 milyon manat olub.
Bu 2019-cu illə müqayisədə real ifadədə 59,4 faiz azalma deməkdir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 45 faiz azalaraq 266,9 milyon manat təşkil edib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026