11:08 - 28.02.2018
28 fevral, Fineko/abc.az. Azərbaycanın Quba rayonu ərazisində 4,2 maqnituda gücündə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:03-də Xınalıq kəndindən 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 42 km dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.