17:18 - 25.01.2021
25 yanvar, Fineko/abc.az. Azərbaycanın ötən il ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin siyahısı açıqlanıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, sözügedən dövrdə ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb. Türkiyədən idxalın dəyəri 1 milyard 563 milyon ABŞ dolları, İrandan 300 milyon 615 min, Qazaxıstandan isə 116 milyon 107 min dollar təşkil edib.
Azərbaycan 2019-cu ilə nisbətən hər üç ölkədən idxalı azaldıb.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026