17:09 - 21.01.2021
21 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana birbaşa borcu 5 milyon 491 min ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu qonşu ölkənin Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Hesabata əsasən, ötən il dekabrlın 1- ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu 194 min dollar azalıb.
Qeyd edək ki, Gürcüstanın hazırkı xarici dövlət borcu 7,5 milyard dollar səviyyəsindədir.
Bunun da 7,1 milyard dolları hökumətin payına düşür.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026