16:26 - 15.01.2021
15 yanvar, Fineko/abc.az. Azərbaycanda son məhdudlaşdırma tədbirlərindən sonra müsbət nəticələr özünü göstərir.
ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
Müharibə dövründə koronavirusa yoluxmaların sayında artımın müşahidə edildiyini xatırladan İ.Məmmədov Azərbaycanın artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyduğunu açıqlayıb: "Gələn həftə ölkəmizdə vaksinasiyaya başlanılacaq.
Azərbaycanın da Türkiyə kimi Çin istehsalı peyvənd alıb. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026