14:38 - 11.01.2021
11 yanvar, Fineko/abc.az. 2020-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 352 milyon 725,8 min manat həcmində vergi və rüsumlar daxil olub.
ABC.AZ Komitəyə istinadən xəbər verir ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,3% az, 2020-ci ilin noyabr ayı ilə müqayisədə isə 11,6% çoxdur.
Ötən ilin dekabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6,4% azalaraq 103 milyon 613,2 min manat olub. 2020-ci ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 18,7% artıb.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026