Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 28 faizdən çox azalıb – Hesabat

11:45 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı şəhər Statistika Komitəsi ötən ilin 11 ayı üzrə bəzi göstəricilər üzrə hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 608,9 milyon manat təşkil edib.

Bu 2019-cu ilin eyni dövrünə nisbətən 28,9% azalma deməkdir.

Sözügedən dövrdə hüquqi şəxslər əhaliyə 2 456,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,1 %-ini təşkil edib.

Müəllif: Elmir Murad