Restoran və kafelərin dövriyyəsi kəskin azalıb – 53 faizdən çox

10:54 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 457,9 milyon manat təşkil edib.

ABC.AZ Bakı şəhər Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 53,1 % azalma deməkdir.

Azalma hüquqi şəxslər üzrə dövriyyədə də qeydə alınıb. Belə ki, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri illik müqayisədə 34,2 % azalaraq 293,3 milyon manat olub.

Müəllif: Elmir Murad