Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni direktoru təyin edilib

10:48 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru təyin olunub.

ABC.AZ-ın məlumatına görə, bu post Kandis MakDiqana həvalə olunub.

Qeyd edək ki, Bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib.

Bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K.MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.

Müəllif: Elmir Murad