Daha bir BOKT yaradılır – Lisenziya verildi

12:29 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Optimal Finance" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 49-a çatıb.

Qeyd edək ki, “Optimal Finance" ötən ilin noyabr ayında yaradılıb.

Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, mənzil 134, nizamnamə kapitalı BOKT-lər üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Elçin Əhəd oğlu Əsgərlidir.