Hesablama Palatasının xərcləri artırıldı

14:26 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, Milli Məclis plenar iclasda Hesablama Palatasının 2021-ci il üçün xərclər smetasını təsdiq edib.

İclasda qeyd olunub ki, 2021-ci ildə Palatanın xərcləri 9,1 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da 2020-ci ilin göstəricisindən 3% çoxdur.

Müəllif: Elmir Murad