Sayı 10 min ədəd azalan bank kartı – Hesabat

11:15 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank ötən aylarda bank sektorundakı bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ötən ay sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 10 min ədəd azalaraq 2 milyon 146 min ədədə düşüb. 2020-ci ilin 11 ayı ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 874 min ədəd artıb.

2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.

Müəllif: Elmir Murad