Türkiyədə rəqəmsal valyuta buraxılacaq – Artıq proses başlayıb

10:18 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı dövriyyəyə rəqəmsal valyuta buraxmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bunu qurumun sədri Naci Ağbal bildirib.

O qeyd edib ki, sözügedən valyutanın gələn ilin II yarısında buraxılması baş tuta bilər.

N.Ağbal bildirib ki, artıq rəqəmsal valyuta ilə bağlı pilot layihəyə start verilib: "2021-ci ilin II yarısında onu test rejimində dövriyyəyə buraxmağı planlaşdırırıq”, deyə N.Ağbal bildirib.

Müəllif: Elmir Murad