12:54 - 21.02.2018
21 fevral, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi artıq yekun mərhələdədir.
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasından alınan məlumata əsasən, bankın problemli aktivləri “Aqrarkredit” QSC-nə ötürülüb və bankın xarici borc öhdəliklərinin restrukturizasiyası təmin olunub.
“Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsi formalaşdırılıb, Azərbaycanın “Banklar haqqında” qanununa yeni maddə əlavə edilib”, - məlumatda belə deyilir.
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, dövlət başçısının 15 iyul 2015-ci il tarixli sərəncamına müvafiq olaraq həyata keçirilir.
29 İyul 2026
27 İyul 2026