15:02 - 20.11.2020
20 noyabr, Fineko/abc.az. Bu gün Şuşada Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayevlə Rusiyanın Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyov arasında görüş keçirilib.
ABC.AZ-ın məlumatına görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.
12 Avqust 2026