16:20 - 15.02.2018
15 fevral, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yeni sədr müavini təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə, Rüfət Rüstəmzadə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib.
Rüfət Rüstəmzadə 1975-ci ildə Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Rüfət Rüstəmzadə əmək fəaliyyətinə 1996-cı ildə başlayıb.