10:17 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. Qızılağac Milli Parkının “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
ABC.AZ xəbər verir ki, onu Milli Parkın əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı saxlayıblar.
Araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026