10:38 - 31.10.2020
31 oktyabr, Fineko/abc.az. Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.
ABC.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
"Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir", - məlumatda vuröulanıb.