Bu gün Hərbi Hava Qüvvələrimizə məxsus aviasiya vasitəsi havaya qalxmayıb – Nazirlik

14:44 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

ABC.AZ xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb" deyə məlumatda qeyd olunub.