10:42 - 29.10.2020
29 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.
ABC.AZ xəbər verir ki, bu barədə o, tvitter səhifəsində paylaşım edib.
H.Hacıyev qeyd edib ki, biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik.
"Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.