İşğalçılara layiqli cavab veriləcək – İlham Əliyev

16:28 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bərdədə həlak olanlarla bağlı tvitter səhifəsində paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Ali Baş Komandan bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.