“Azəriqaz”-a borclu olan istixanalar ən çox bu rayonlardadı - Siyahı

11:27 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 94,6 % təşkil edir.

“Azəriqaz” İstehsalat Birliyindən ABC.AZ-a verilən məlumata görə, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 73,9 % təşkil edir.

Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 92,7 % təşkil edir.

Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 89,0 %-ə bərabərdir.

Müəllif: Elmir Murad