11:42 - 13.10.2020
13 oktyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycana gətirilmiş mobil telefonların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəyə 183 471 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.
Komitədən verilən məlumata görə, iyul ayı ilə müqayisədə avqustda idxal 66,2% artıb.
Avqust ayında idxal olunan məhsulların dəyəri 22 487,1 min ABŞ dolları təşkil edib ki, bu da iyul ayının göstəricisi ilə müqayisədə 70% çoxdur.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026