11:32 - 13.10.2020
13 oktyabr, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 4 il yarımdan çox davam edən tikintisi başa çatıb.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.
Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.
Hazırda TAP ticari əməliyyatlara başlamaq üçün hazırlıq işlərini yekunlaşdırır və qonşu transmissiya əməliyyat sistemlərinə uyğun bazar tutumu təklif edir. TAP boru kəmərinin İtaliyanın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın sonunadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026